Yol çökdü, maşınlar çuxura düşdü - Fotolar

Bu gün günorta saatlarında İstanbulda yol çöküb.
 
Türkiyə mətbuatının verdiyi məlumata görə, İstanbulun Güngören rayonunda Çam küçəsində yolun çökməsi nəticəsində 6 avtomobil yaranan çuxura düşüb.
 
Olay zamanı 1 nəfər yüngül yaralanıb. Yolun çökməsinin səbəbi infrastruktur işləri ilə əlaqədar bir müddət əvvəl həmin yerin qazıldığı, sonradan qazılmış yerin lazımi səviyyədə doldurulmaması olub./APA/





MediaFax