Yaşlı kişi özünü niyə asıb? - Təfərrüat

Göyçay rayonunda 78 yaşlı kişinin intiharının bəzi təfərrüatları məlum olub. 

Rayonun Bığır kənd icra nümayəndəsi Şıxverdi Behbudovun saytımıza verdiyi məlumata görə, Qəhrəman Məmmədovun həyat yoldaşı uzun müddətdir ki, xəstə yatır. Övladları Rusiyada olduğundan, gəzə bilməyən, yatağa məhkum olan yaşlı xanımına baxmaq vəzifəsi Q. Məmmədovun üzərinə düşüb.

"Qəhrəman kişi xeyrə-şərə yarayan, heç kimlə problemi olmayan insan idi. Şeytan girib qəlbinə, axşam vaxtı keçib tövləyə, ayağının altına stol qoyub, ot bağının ipini keçirib boğazına, sonra həmin stolu təpiklə vurub yıxıb. Nəticədə boğulub ölüb”, - deyə kənd icra nümayəndəsi deyib.

Qeyd edək ki, bu gün Göyçay rayonunda intihar hadisəsi baş verib. Kənd sakini 1938-ci il təvəllüdlü Məmmədov Qəhrəman Əhməd oğlu yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib./aznews.az/

MediaFax