Yarışın qalibləri Kadırovun uşaqları oldu

Qaydasız döyüş növü üzrə keçirilən qran-pri WFCA turnirində Ramzan Kadırovun oğulları 10 yaşlı Əhməd, 9 yaşlı Zəlimxan, 8 yaşlı Adəm Kadırov bütün yarışları udaraq qalib olublar.

Turnir Ramzan Kadırovun 40 illik yubileyi münasibəti ilə keçirilib. Əhməd Kadırov 33 kq çəki kateqoriyasında Dəmir Şevxujeyevi 14-cü saniyədə nokauta göndərib.  Zəlimxan Kadırov 27 kq çəki kateqoriyasında Daniili Şalakla döyüşdə qalib gəlib. Adəm Kadırov isə 35 kq-da David Xalatovu məğlub edib.

Uşaq döyüşləri turnirin əsas mərhələsindən əvvəl göstəriş xarakteri daşıyıb./avropa.info/

MediaFax