Yardım karvanı məhv edildi

Suriyanın Hələb şəhərinə humanitar yardım aparan avtomobil karvanı atəşə tutulub.
 
Anadolu agentliyi xəbər verir ki, humanitar karvan Suriya ordusuna məxsus helikopterlər tərəfindən atəşə tutulub. Hadisə nəticəsində 12 nəfər ölüb, 18 nəfər yaralanıb.
 
20 yük maşını tamamilə yanıb.
 
BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq "Röyter”ə açıqlamasında hadisənin araşdırılacağını deyib.
 
Bu arada Hələbin Firdövs, Sukkeri və Mərce məhəllələrində rejim qüvvələrinin, şəhərin qərbində isə Rusiya təyyarələrinin təşkil etdiyi hava hücumu nəticəsində 21 nəfər həlak olub.
 
Bununla da atəşkəs sona çatdıqdan sonra Suriyada ölənlərin sayı 33-ə çatıb./axar.az/

MediaFax