Yaponlar böyük qəzanı 6 günə aradan qaldırdılar - İnanılmaz+FOTO

Təxminən 40 gün bundan əvvəl - noyabrın 6-da Yaponiya şəhərlərinin birində 5 zolaqlı yol çökdü.
 
Mediafax.Az dünya mediasına istinadən xəbər verir ki, hadisəyə səbəb, metro tunelində genişləndirilmə işlərinin aparılması idi. Şəkildən də gördüyünüz kimi, çökmə zamanı böyük dağıntı baş verib: tunel dağılıb, bərkidici vasitələr sıradan çıxıb, yeraltı kabellər, kanalizasiya sistemi bərbad günə qalıb.

Əlbəttə, belə hadisələr dünyanın hər yerində baş verə bilər. Ancaq maraqlı olan budur ki, yaponlar baş vermiş qəzanın nəticələrini cəmi 6 gündə aradan qaldırdılar!
 
Soldakı şəkil - qəza günü, sağdakı şəkil isə qəzadan 6 gün sonra çəkilib.

MediaFax