Yaponiyada dəhşət: 140-dan çox bina yanır - VİDEO

Yaponiyanın İtoiqava şəhərində 140 bina yanmağa başlayıb.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İtoiqava rəhbərliyi qonşu şəhərlərə müraciət edərək kömək istəyib. Məlumata görə, yanğın yerli vaxtla saat 10.30 radələrində Çin restoranının binasında başlayıb və daha sonra qonşu binalara keçib. Güclü külək alov söndürülməsini daha da çətinləşdirib. Yerli hakimiyyət 273 evin 586 sakininə müraciət edərək onları binanı tərk etməyə çağırıb. Yanğın səbəbindən yaxınlıqda olan təhsil müəssisələrində dərslər ləğv edilib.


MediaFax