Yağıntılar nə vaxta qədər davam edəcək? - Açıqlama

Qeyri-sabit və yağıntılı hava oktyabrın 19-dək davam edəcək

Şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin Azərbaycan ərazisinə daxil olması ilə əlaqədar olaraq dünəndən başlayaraq qeyri-sabit hava şəraiti bir qədər də kəskinləşib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova  açıqlamasında deyib ki, ölkə ərazisində şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-8 dərəcə düşüb.
 
Azərbaycanda müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti oktyabrın 19-u gündüz saatlarınadək davam edəcək.

MediaFax