Xırdalanda atışma oldu: Ölən və yaralanan var

Gecə saatlarında Abşeron rayonunda bir neçə nəfərin iştirakı ilə silahlı insident baş verib.

 

"Report" xəbər verir ki, hadisə Xırdalan şəhərinin 28-ci məhəlləsində qeydə alınıb. İnsident nəticəsində, hələlik soyadı məlum olmayan Valeh adlı şəxs başından güllələnərək qətlə yetirilib. Xəyal Paşayev adlı digər şəxs isə odlu silah yarası ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

 

Hadisə yerindən maddi sübut kimi bir ədəd "Makarov" tipli tapança götürülüb.

 


Vacib.İnfo