Xınalıq dağlarında həyəcanlı anlar: helikopter turisti xilas etdi - Yenilənib

11:48

Quba rayonunun Xınalıq kəndinə gələn turist dağlıq ərazidə köməksiz qalıb.
 
Şimal bölgəsinə yağan güclü yağış nəticəsində kəndə gələn yolu sel apardığından Rusiya vətəndaşı, 1978-ci il təvəllüdlü Kliçko Svetlana Yevgenyevnanın qayıtması mümkünsüz olub.
 
Onun ərazidən götürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin helikopteri cəlb olunub.
 
Hazırda xilasetmə əməliyyatı davam etdirilir.
 
=====
12:10
 
Quba rayonunun Xınalıq kəndi ərazisində dağlıq ərazidə köməksiz qalmış rusiyalı turist qadın xilas edilib.
 
APA-nın verdiyi məlumata görə, Rusiya vətəndaşı, 1978-ci il təvəllüdlü Kliçko Svetlana Yevgenyevna Azərbaycan Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə ərazidən götürülb.

MediaFax