Xəzərdə ölüm-qalım şousu: adrenalin axtaran gənclərin inanılmaz hərəkətləri - VİDEO

Aşağıda sizə təqdim etdiyimiz video görüntülər Xəzər dənizinin Qobustan rayonu ərazisindəki hissəsində çəkilib.

Yay aylarında çəkilən videoda Qobustan sakini olan Fəxri, Həsrət və Ağaşirin adlı gənclərin küləkli havada, dənizin dərin yerində olduqca hündür dirəklərə çıxaraq, oradan dənizə atıldıqları əksini tapıb.

Mediafax.Az-ın elektron poçtuna gənclərin özləri tərəfindən göndərilən videoda ölüm riskli hərəkətlərin şahidi oluruq...

Əlbəttə, adrenalin axtaran gənclərin inanılmaz hərəkətləri onların həyatı bahasına başa gələ bilərdi. Bu səbəbdən də, xəbər saytı olaraq, həmin gənclərin etdiklərini təkrarlamağı heç kimə tövsiyə etmirik.
 
Mediafax.Az videonu təqdim edir:


MediaFax