Xəstəxanaya çatdırıldı, amma... - Müəmmalı qətl

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.
 
Rayonun Yanıqlı kənd sakini, 1973-cü il təvəllüdlü Rüfət Əliyev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Onun bıçaqlandığı bildirilsə də, hadisəsinin kim tərəfindən törədildiyi məlum deyil.
 
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
 
X X X
 
Tovuz rayonunda bıçaqlanan şəxs xəstəxanada vəfat edib. 
 
Bu barədə Tovuz Mərkəzi Rayon Xəstəxanasından bildirilib. Məlumata görə, həkimlərin səyinə baxmayaraq 1973-cü il təvəllüdlü Rüfət Əliyevi xilas ermək mümkün olmayıb./apa.az/

MediaFax