Xərçəngə tutulan Xalq artistindən xəbər var

"Allaha şükür ki, indi özümü yaxşı hiss edirəm”.

Bunu MediaFax.Az-a açıqlamasında Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov  bildirib. O, qeyd edib ki, bu günlərdə Türkiyədə yenidən müayinədən keçib: "Dedilər ki, nəticələr yaxşıdır. Amma hər ay Türkiyəyə getməliyəm. Hər dəfə də müayinəyə girəndə, analizin cavabını  alanda adam narahat olur. Düşünürsən ki, görən nəticələr necə olacaq?”.

R.Hüseynov bildirib ki, hazırda iş fəaliyyətindədir: "İşsiz günüm olmasın”.

Xatırladaq ki, Xalq artisti Rafiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkir. O, 2013-cü ildə Türkiyədə bu xəstəlikdən əməliyyat olunub.

MediaFax