Xanım Obama danışdı: “Darıxacağam”

ABŞ-ın birinci xanımı Mişel Obama 8 il ərzində üç dəfə məşhur "Vogue” jurnalının üz qabığı olub.

"People”ın verdiyi məlumata görə, Obama birinci xanım təcrübəsindən bəhs edib.

"Mən səkkiz ilimi müəyyən sferada fəaliyyət göstərməklə keçirə bilərdim. Gülçülük, dizaynçılıq, əyləncə ilə məşğul ola bilərdim. Çünki birinci xanım haqlı olaraq öz rolunu qazanır”, - deyə M. Obama söyləıyib.

O həmçinin qeyd edib ki, Ağ Ev üçün darıxacaq.

Qeyd edək ki, noyabrın 9-da ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçı namizəd Donald Tramp 290 səslə qalib gəlib. İnaqurasiya mərasimi 2017-ci il yanvarın 20-də olacaq. Ölkənin birinci xanımı statusunu Melaniya Tramp daşıyacaq./qafqazinfo.az/

MediaFax