Xalq artisti yayılan görüntülərdən danışdı - Video

Xalq artisti, xanəndə Gülyaz Məmmədova yol hərəkət qaydalarını pozduğu ilə əlaqədar yayılan videoya aydınlıq gətirib.

O, MediaFax.Az-a açıqlamasında "Lexus" markalı, 90 FT 181 dövlət nömrə nişanlı avtomobilin ona məxsus olduğunu təsdiq etdi: "Amma belə bir qayda pozuntusu olsaydı, mənə məlumat verilərdi. Dövlətimizin qanunları var. Mən həmişə o qanunlara tabe olmuşam. Mən maşını sakit sürməyi sevirəm. Heç vaxt adımdan istifadə etməmişəm. Belə şey yoxdur”.

Gülyaz Məmmədova  onun xəbəri olmadan belə videonun yayılmasına etiraz edib: "Bunu araşdıracam”.   

Qeyd edək ki, Xalq artisti Gülyaz Məmmədova Bülbül prospektindən ("Sahil" metro stansiyasının yanından) sağa - Zərifə Əliyeva küçəsinə dönərkən qayda pozuntusuna yol verib. Qayda pozuntusu avtosfer.az-ın əməkdaşının avtomobilində quraşdırdığı videoqeydiyyat qurğusuna qeyd olunub. O, "Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsinin 7-ci hissəsinin tələbini pozub.


MediaFax