Xaləddin İsgəndərovun rayonunda daha bir bina hadisəsi: 8 yaralı var - SİYAHI

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) inzibati binasında lift qırılıb.
 
Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gün axşam saat 21.30 radələrində qeydə alınıb.
 
Yeddi mərtəbəli binanın 3-cü mərtəbəsində lift qırılaraq şaxtaya düşüb. Nəticədə liftə olan şəxslər -
– 1965-ci il təvəllüdlü Aydın Məmmədov,
1979-cu il təvəllüdlü Faiq Heydərov,
1977-ci il təvəllüdlü Samir Poladov,
1955-ci il təvəllüdlü Seyidəli Cəlalov,
1976-cı il təvəllüdlü Ceyhun Quliyev,
1980-cı il təvəllüdlü Emil Raviloğlu,
1983-cü il təvəllüdlü Samirə Xəlilova və
1981-ci il təvəllüdlü Günel Qasımova xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
 
Onların xəsarəti yüngül olub. 

MediaFax