Vahid Ələkbərovun yaxtası birinci yerə çıxdı - Foto

Monakoda keçirilən ənənəvi yaxta şou-sərgisi "Monaco Yacht Show”da azərbaycanlı neft maqnatı, "Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovun yaxtası dünyanın ən yaxşı yaxtası adına layiq görülüb.

"Forbes” jurnalının rus versiyası xəbər verir ki, "Galactica Super Nova” adlı 70 metrlik yaxta ən yaxşı yeni yaxta və ən yaxşı dizayn kateqoriyalarında tamaşaçıların ən çox simpatiyasını qazanaraq birinci yerə çıxıb. Bu, dünyada korpusu alüminiumdan hazırlanmış ən böyük yaxtadır.

Yaxta Hollandiyanın "Heesen” tərsanəsində cəmi 41 aya yığılıb və bu il milyarderə təqdim olunub. Yaxta-şouda Ələkbərovun yaxtası 13 yaxta arasından birinci seçilib. "Hesab etmirəm ki, ən yaxşı yeni yaxta mükafatını "Galactica Super Nova”nın qazanması kimlərisə təəcübləndirdi. Yaxtanın dizayneri Espen Oenio hazırda dünya yaxta dizaynı üzrə ən yaxşı mütəxəssisdir və onun layihələri həmişə uğur qazanır”-"YachtHarbur”un əsasını qoyan Dmitri Semenixin "Forbes”ə bildirib.
 
 

Onun sözlərinə görə, Heesen tərsanəsi özünün ən yüksək tikinti keyfiyyəti və texniki innovasiyaları ilə fərqlənir. Ələkbərovun yaxtası ölçülərinin böyük olmasına baxmayaraq saatda 30 uzl sürətlə hərəkət edir.

Monako yaxta-şousu bu gün işə başlayıb və oktyabrın 1-nə qədər davam edəcək. Mərasimdə dünyanın bir çox məşhurlarının və milyarder-oliqarxların yaxtaları iştirak edir./virtualaz.org/

MediaFax