Useyn Bolt üçün pis xəbər

Bütün dünyada məşhur sprinter, dəfələrlə olimpiya və dünya çempionu, yamaykalı yüngül atlet Useyn Bolt 2008-ci il Olimpiya Oyunlarının estafet yarışında qazandığı qızıl medaldan məhrum edilib.

Buna səbəb komanda üzrə Boltun partnyoru Nesta Karterin qanında qadağan olunmuş maddələrin – dopinqin aşkarlanması olub. Beynəlxalq Olimpiya Komitəsindən verilən məlumata görə, Karterin qanında turinabol adlı maddə tapılıb.

Useyn Bolt 9 dəfə olimpiya, 11 dəfə dünya çempionudur./virtualaz.org/

MediaFax