Uşaqlarının adlarını Fətullah və Gülən qoyubmuş... - 4 biznesmen tutuldu

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdilə əlaqəli 4 biznesmen həbs olunub. 

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, FETÖ-nün çevriliş cəhdiylə bağlı aparılan istintaq nəticəsində 5 biznesmen saxlanılıb. Saxlanılanların ev və iş yerlərində eyni zamanda təşkil edilən əməliyyatda kompüter, tablet, CD və bəzi sənədlər müsadirə edilib. Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul bələdiyyə məclis üzü E.O.-nun evində aparılan axtarış zamanı şifrəli 1 dollar tapılıb. 

Polis bölməsindəki sənədləşmə işləri başa çatdıqdan sonra E. O., M.K., H.N. İ.G. həbs olunub, bir nəfər isə məhkəmə nəzarəti şərtiylə sərbəst buraxılıb.

Həbs olunan İ.G.-nin Fətullah və Gülən adlı 2 uşağı olduğu məlum olub.

MediaFax