Çunayev əməliyyat olundu

Güləş üzrə Avropa çempionu, Birinci Avropa Oyunlarının qızıl medalçısı Rəsul Çunayev əməliyyat olunub.

O, bu barədə sosial şəbəkədə məlumat verib: "25 yaşımda 4-cü əməliyyatı keçirdim. Belə getsə, əməliyyat üzrə yarışlara qatılacağam. Bəzi ağzı göyçəklər də elə bilir ki, Rəsul kefdədir. Daha bilmirlər ki, hansı zədələrdən çıxıb, mübarizə aparıram. Təki əməliyyatla düzələn problemlər olsun. Allaha şükür edirəm”.

Qeyd edək ki, R.Çunayev hazırda Acibadem xəstəxanasındadır./musavat.com/

MediaFax