“Ulduz müharibələri”nin məşhur qəhrəmanı vəfat etdi

Məşhur aktrisa vəfat edib

Məşhur "Ulduz müharibələri” filmində "Şahzadə Lean” rolunun ifaçısı Keri Fişer vəfat  edib.
 
"Lenta.ru”nun verdiyi xəbərə görə, 60 yaşlı aktrisanın ürək tutmasından öldüyü bildirilir. O, Londondan Los-Ancelesə uçan zamanı vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilərək süni nəfəs aparatına qoşulub.
 
"Şirin qisas”, "Cey və səssiz Bob cavab zərbəsi endirir” kimi filmlərdə çəkilən K.Fişerə məşhurluğu Corc  Lukasın rejissor olduğu "Ulduz müharibələri” fantastik kinoepopeyasında ifa etdiyi "Şahzadə Lean” rolu gətirib. 

MediaFax