Ukrayna müharibədə 2 mindən çox hərbçisini itirib

Ukrayna Silahlı Qüvvələrinin ölkənin şərqində verdiyi itkilər açıqlanıb.
 
Silahlı Qüvvələrin komandanı – Baş Qərargah rəisi Viktor Mujenko fevralın 17-də bəyan edib ki, 2014-cü ilin aprelindən bəri 2 min 197 hərbçi həlak olub, 8 min nəfər yaralanıb.

2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişib, Rusiyaya yaxın qüvvələri Qərb meylli qüvvələr əvəzləyib. Bundan dərhal sonra Rusiya Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq özünə birləşdirib və Donbasda iki separatçı rejimin əli ilə bu bölgənin bir hissəsini işğal edib. Həmin vaxtdan bəri münaqişədə 9 min 800-dək adam həlak olub. Atəşkəs elan olunsa da, toqquşmalar tam dayanmır./novator.az/

MediaFax