Uçuş siçana görə təxirə düşdü

"British Airways” aviaşirkətinin Londondan San-Fransiskoya uçmalı olan təyyarənin uçuşu göyərtədə aşkar olunan siçana görə təxirə salınıb.

Təyyarənin hərəkətə başlamağa hazır olduğu zaman heyət sərnişinlərə uçuşun ləngiyəcəyi barədə məlumat verib. Daha sonra göyərtədə siçanın olduğu məlum olub.

Sərnişinlər endirildikdən sonra təyyarədə siçanın axtarışları başlayıb.

Aviaşirkət sərnişinləri digər təyyarə ilə yola salıb./trend.az/

MediaFax