Türkiyəlilərlə bağlı Maraqlı statistika

Ötən il Türkiyə əhalisinin sayı 2015-ci illə müqayisədə 1 milyon 73 min 818 nəfər artaraq 79 milyon 814 min 871 nəfərə çatıb.
 
Rəsmi hesabata görə, əhalinin 50,2 faizi kişilər, 49,8 faizi qadınlardır. Orta yaş 31,4-dir.

Hesabata əsasən, əhalinin 18,5 faizi İstanbulda yaşayır. Bu şəhərin əhalisinin 2017-ci il yanvarın 1-nə 14 milyon 804 min 116 nəfər olduğu xəbər verilir.

Şəhər əhalisinin sayının ötən il 92,3 faizə yüksəldiyi qeyd olunur. 2015-ci ildə bu göstərici 92,1 faiz olub./novator.az/

MediaFax