Türkiyəli futbolçu qəzaya düşdü

Danimarkanın "Holbk United” futbol klubunda top qovan Serkan Yıldız dünən gecə keçirdiyi yol qəzası nəticəsində həyatını itirib.
 
Gənc futbolçunun ölümü oyunçularının əksəriyyəti türk olan klubunda böyük kədərə səbəb olub.
 
Dünən axşam 10 radələrində Danimarkanın Holbk şəhəri yaxınlığındakı Höjby qəsəbəsində meydana gələn yol qəzasında ölən şəxsin 17 yaşlı Serkan Yıldız olduğu açıqlanıb.

Serkanın komanda yoldaşları yerli mediaya etdikləri açıqlamada Serkanın gələcək vəd edən nümunəvi bir oyunçu olduğunu ifadə edərək bu olaya kədərləndiklərini ifadə ediblər./milli.az/

MediaFax