Türkiyədə yenə qan axdı - Ölən və yaralananlar var

Şırnakda və Diyarbəkirdə partlayış baş verib.

Hurriyet xəbər verir ki, Şırnakda PKK terrorçuları tərəfindən əllə düzəldilən partlayıcı qurğu şəhərin su şəbəkəsi təmir edilərkən partladılıb. Nəticədə 5 nəfər yaralanıb. Yaralılar təcili yardım vasitəsilə xəstəxanaya aparılıb.

Diyarbəkirin Sur mahalında da partlayış baş verib. Dəclə Universitetinin binası yaxınlığında PKK terrorçularının yerləşdirdiyi qurğu partlayıb. 1 polis şəhid olub, 3 polis yaralanıb./aznews.az/

MediaFax