Türkiyədə polisə qarşı bombalı terror: 5 ölü, 4 yaralı

Türkiyənin Bingöl vilayətində yolda quraşdırılan əldəqayırma bomba zirehli polis avtomobilinin hərəkəti zamanı partlayıb.
 
"Milliyet”in verdiyi xəbərə görə, hadisə nəticəsində 5  polis əməkdaşı ölüb, 4-ü yaralanıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
 
Yaralanan polislər xəstəxanalara çatdırılıb. Terrorçuların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

MediaFax