Türkiyədə partlayış - Ölən var

Türkiyənin Kocaeli vilayətində yerləşən fabrikdə partlayış baş verib.

Türkiyə KİV-ləri xəbər verir ki, fabrikdə dəmirin əridildiyi qazanda partlayış olub. Nəticəsdə 1 nəfər ölüb, 15 nəfər yaralanıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım və yanğınsöndürən maşın cəlb olunub./aznews.az/

MediaFax