Türkiyədə ağır qəza - 36 maşın toqquşdu

Adanada magistral yolun buz bağlaması nəticəsində ağır qəza baş verib.

Türkiyə mətbuatı xəbər verir ki, qəza nəticəsində 36 avtomobil toqquşub, 41 nəfər isə yaralanıb.

Qəza bu gün səhər saatlarında meydana gəlib. Yaralılar dərhal xəstəxanalara yerləşdirilib.
 
Baş verən zəncirvari qəzada yararsız hala düşən avtomobillər hadisə yerindən evakuasiya edilib./musavat.com/

MediaFax