Türkiyə tankları Suriyaya girdi

Türkiyə Quru Qüvvələrinə məxsus tanklar yerli vaxtla saat 11.07-də sərhəddən Suriya ərazisinə keçib.
 
"Hürriyet"in verdiyi məlumata görə, tanklar İŞİD terrorçularının mövqelərinə zərbə endirməyə başlayıb. Əməliyyatda təxminən 20 tankın iştirak etdiyi bildirilir.
 
Türkiyə Hava Qüvvələrinə məxsus "F-16" bombardmançı təyyarələri də İŞİD-i havadan bombalayır. Bombardmana qatılan təyyarələrin sayı son saatlarda artıb./APA/
 


 
  

MediaFax