Türkiyə sərhədi yaxınlığında İŞİD dəhşəti - 60 ölü, 50 yaralı...

İŞİD Suriyada dəhşətli terror aktı törədib.

Ölkə.Az xəbər verir ki, Türkiyə ilə sərhəddən bir neçə km aralı yerləşən Azəz şəhərində dəhşətli terror aktı baş verib. Məhkəmə binası qarşısında partladılan avtomobil 60 nəfərin ölümünə, 50 nəfərin isə yaralanmasına səbəb olub.

Azəz Hələb əyalətinin şəhəridir və müxaliflərin nəzarəti altındadır. Məhkəmə qarşısında minalanmış avtomobilin partladılması aktı İŞİD-ə məxsusdur. Partlayış nəticəsində ərazidə olan binalara ciddi ziyan dəyib.

MediaFax