Türkiyə ordusu Əl-Babı təmizləyir - SON MƏLUMAT

Türkiyə Xüsusi Təyinatlıları sabah saatlarında İŞİD-in nəzarəti altında olan Əl Baba girib.

Axar.az xəbər verir ki, hücum nəticəsində strateji əhəmiyyətə malik təpələr türk əsgərinin nəzarəti altına keçib.

Şimal və qərb cəbhələrindən mühasirəyə alınan şəhərə qərbdən girən Xüsusi Təyinatlılar Əl Babın mərkəzinə qədər irəliləyib.

**

Türkiyə əsgərləri və Azad Suriya Ordusu Əl-Babda bir neçə məhəlləni ələ keçirib.

Bu sözləri Sultan Murad Briqadaları komandiri Əhməd Osman "Sputnik”ə deyib.

O, Əl Babın mərkəzinə 200 metr məsafə qaldığını bildirib.

MediaFax