Türkiyə ordusu 48 İŞİD-çini məhv etdi - “Fərat qalxanı”

Türkiyə Silahlı Qüvvələri Suriyada keçirdiyi "Fərat qalxanı” hərbi əməliyyatı çərçivəsində gün ərzində 48 İŞİD terrorçusunu məhv edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hərbi əməliyyatlara havadan və qurudan dəstək verilib.

Əməliyyatın 139-cu günündə İŞİD terror təşkilatının Suriyadakı 23 hədəfinə zərbələr endirilib. Hərbi zərbələr zamanı İŞİD-in Bzagah, Suflaniyah, Zammar və Amiyah bölgələrində yerləşən 20 müdafiə sığınacağı, 3 qərargahı və silah anbarları məhv edilib.

MediaFax