Türkiyə İŞİD-ə qarşı növbəti əməliyyata başladı

Azad Suriya Ordusu (ASO) Türkiyə Silahlı Qüvvələrinın dəstəyi ilə İŞİD-ə qarşı növbəti əməliyyata başlayıb.
 
"Milliyyet” qəzetinin verdiyi məlumata görə, ASO İŞİD terrorçularının nəzarətində olan Dabıq qəsəbəsinə hücuma keçib.
 
Qeyd edək ki, Suriyanın şimal qərbində yerləşən və Hələb vilayəti ilə qonşu olan qəsəbə 2014-cü ilin avqust ayında İŞİD-in nəzarətinə keçib./APA/

MediaFax