Türkiyə Azərbaycandan nə qədər qaz alır? - Həcmi açıqlandı

Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Türkiyəyə "Şahdəniz-1" layihəsi çərçivəsində hasil olunan 5 mlrd. 885,36 mln. kubmetr qaz ixrac edib.
 
"İnterfax" agentliyi xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6% çoxdur.
 
Qeyd edilib ki, ötən ilin noyabr ayında Azərbaycan Türkiyəyə 576,76 mln. kubmetr qaz ixrac edib.
 
Qaz boru xətləri ilə Türkiyəyə nəql olunan "mavi yanacağ"ın 13,24%-i Azərbaycanın, qalanı  isə İran və Rusiyanın payına düşür.
 
2015-ci ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 168,68 mln. kubmetr qaz ixrac edib./APA/

MediaFax