Türkiyə ABŞ-a nazir göndərir - Gülən üçün

Türkiyənin ədliyyə naziri Bekir Bozdağ ABŞ-a rəsmi səfər edəcək.

"Milliyet”in verdiyi məlumata görə, Bekir Bozdağ Vaşiqntona səfər edərək ABŞ-ın yeni ədliyyə naziri ilə görüşəcək.

Görüşdə əsasən FETÖ lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi məsələsi müzakirə olunacaq.

"Cənab Trampdan və yeni nazirdən bu mövzuda dünyagörüşlərini inkişaf etdirmələrini gözlədiyimizi və buna dair inancımızın yüksək olduğunu bildirmək istəyirəm. Ümid edirəm ki, növbəti dəfə xəyal qırıqlığı yaşamayacağıq”, - deyə B. Bozdağ televiziya proqramlarından birinin efirində çıxışı zamanı söyləyib.

Xatırladaq ki, Türkiyə ədliyyə naziri 2016-cı il oktyabrın 23-24-də Vaşinqtona səfər edərək həmkarı Loretta Linçlə görüşmüşdü./qafqazinfo.az/

MediaFax