Türk ordusunun daha bir hücumu: 12 İŞİD-çi öldürüldü

Türkiyə Silahlı Qüvvələri 12 terrorçunu öldürüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin yaydığı bəyanatda deyilib.

Qeyd edilir ki, bu gün səhər saatlarınadək İŞİD terrorçularına havadan və qurudan zərbələr endirilib.

Baş verən qarşıdurma nəticəsində 2 müxalif əsgəri həlak olub. İŞİD-ə məxsus 134 hədəf atəş altında saxlanılıb.

MediaFax