Trampla bağlı maraqlı İddia

"The İndependent" yazır ki, mükəmməl kompyuter alqoritmi Trampın xətalı tvitlərini təhlil etdikdən sonra onun "subay adam kimi yaşadığını" müəyyənləşdirib.

Süni zəka sisteminə əsaslanan və sosial media hesabları əsasında adamların "vətəndaşlıq vəziyyətlərini" 86 faiz dəqiqliklə müəyyənləşdirdiyini iddia edən proqrama görə cənab Tramp "evli deyilmiş".

Məqalədə deyilir ki, bu alqoritm proqramı Sankt Peterburqdakı İTMO Universitetinin və Sinqapur Milli Universitetinin alimləri tərəfindən yaradılıb.

Alimlər kompyuteri insanların Tvitter, İnstagram və Foursquare kimi platformalardakı postları əsasında onların evli və ya subay olmasını aşkar etməyə təlimləndiriblər.

İnsanın vətəndaşlıq vəziyyətinin müəyyən edilməsi məqsədilə kompyuter proqramı tvitlərin uzunluğu, tez-tez post edilən şəkillərin xarakteri kimi parametrləri təhlil edir.

Sözü gedən proqramı hazırlamış ekspertlər onu San Francisco-da keçirilən Süni Zəka Konfransında nümayiş etdiriblər.

Burada nümunə olaraq Barack Obama və Donald Trampın sosial media vərdişləri təhlil edilib.

Kompyuter Obamanın evli olduğunu tam dəqiqliklə nümayiş etdirib, amma Tramp, necə deyərlər təhlildən "subay çıxıb".

Proqramın müəllifləri deyiblər ki, buna səbəblərdən biri də Trampın subaylar kimi gecə tvitləməsi ola bilər. Onun köməkçiləri ertəsi gün bu postları redaktə edirlər.

"Biz hamımız bilirik ki, onun arvadı Melaniyadır, - deyə Sankt Peterburq professoru Andrey Filçenkov bildirib - Belə çıxır ki, bu halda biz Trampın yox, onun köməkçilərinin evli-subay olmasını təhlil etmiş oluruq…"

Məqalədə deyilir ki, eksperiment zamanı "insanın gələcək psixoloji portreti" yaradılır.

"Bir çox alimlər insanın vətəndaşlıq vəziyyətini onun psixoloji tipi ilə əlaqələndirirlər" - deyib proqramın müəlliflərindən Kseniya Buraya.

"The İndependent" yazır ki, bu yaxınlarda Tramp kampaniyasının özünün müəyyən seçici çevrələrini hədəfləyən təkmil profilləmə texnologiyalarından istifadə edib.

Sürixdə çıxan Das Magazin məcmuəsi iddia edib ki, Tramp kampaniyasının kirayələdiyi Cambridge Analytica şirkəti milyarderin komandasına hansı demoqrafik reginolardakı elektoratın hədəflənməli olduğunu dəqiq göstərib.

Cambridge Analytica şirkətinin başçısı Alexander Nix iftixar hissi ilə deyib ki, "biz Birləşmiş Ştatlarda hər bir vətəndaşı - bütün 220 milyonluq əhalini təhlıil etmişik"./musavat.com/

MediaFax