Qalmaqallı fotosundan danışdı - Yenilənib

28.02.2017
17:21 
 
ABŞ prezidentinin məsləhətçisi Kellien Konuey Donald Trampın afroamerkanlar üçün yaradılmış universitet rektorlarıyla görüşünün əsas simasına çevrilib.

Tədbirdə çəkilən fotolardan biri xüsusilə diqqət çəkib. Həmin şəkildə Konuey divanda evindəymiş kimi ayaqlarını altına yığaraq əyləşib.

Sosial şəbəkə iştirakçıları rəsmi tədbirdə bu cür qeyri-ciddi oturuşun nə qədər düzgün olub-olmadığını ciddi şəkildə müzakirə ediblər./axar.az/
 
----------------
01.03.2017 
16:55 

ABŞ prezidentinin müşaviri Kellienn Konuey Ağ Evdə prezidentin qarşısında nədən ayaqlarını qaldıraraq divanda əyləşməsini izah edib.

Bir çox tənqidçilər onu administrasiyaya hörmətsizlik etməkdə ittiham ediblər.

Konuey isə bildirib ki, həmin bucaqdan foto çəkməsini istəyiblər və o da məhz tapşırılan işi görüb:

"Mən qurban deyiləm, lakin insanlar sözlərinin mənasının ciddiyyətinə varmalıdırlar”.

Prezidentin köməkçisi Omaros Maniqol da Konueyin foto çəkməsini şərh edib: "Sözün düzü, bu çox sevimli an idi. O şəkildə oturmuşdu ki, yaxşı kadr tuta bilsin”.

Bundan başqa, mətbuatda Konueyin həqiqətən də foto çəkdiyini əks etdirən görüntüsü yerləşdirilib./qafqazinfo.az/

MediaFax