ABŞ prezidenti Donald Trampın Britaniyaya dövlət səfəri təxirə salınıb.
TASS xəbər verir ki, bu barədə Britaniyada çıxan "The Sun” qəzeti yazıb.
Məlumata görə, səfərin tarixi cari ilin iyunundan oktyabr ayına dəyişdirilib. Buna səbəb kimi Donald Trampın krallığa səfərinin etiraz aksiyaları ilə müşaiyət ediləcəyi ehtimalı göstərilib.
Xəbərdə bildirilib ki, Donald Tramp məsələ ilə bağlı narahatlığını Britaniyanın baş naziri Tereza Meyə də telefon danışığı zamanı çatdırıb.
Bir müddət əvvəl ABŞ prezidentinin Birləşmiş Krallığa səfərinə qarşı 1 milyon 860 min britaniyalının etiraz etdiyi barədə xəbər yayılmışdı. Onların petisiyasına britaniyalı deputatlar da baxıblar.
Məsələ ilə bağlı Britaniya hökuməti açıqlama verməyib./report.az/
MediaFax