Tramp yeni otel açdı - Ağ Evin qarşısında

Dünən ABŞ prezidentliyinə namizəd Donald Tramp Vaşinqtonda Ağ Evin çox yaxınlığında 5 ulduzlu otel açıb.
 
Tarixi binanın rekonstruksiyası nəticəsində açılan bu otelin adı da sahibinin adını daşıyır- Tramp İnternational Hotel. 

Otelin təmiri və istifadəyə verilməsi 200 milyon dollara başa gəlib. Otelin 263 nömrəsi, o cümlədən gecəsi 20 min dollar olan "lyuks” nömrə mövcuddur. 
 
Hillari Klinton seçicilərlə həmin gün görüş keçirsə də  tərəfdarlarından 40 nəfər otelin qarşısında Trampa qarşı etiraz aksiyası keçirib. 

Qeyd edək ki, Ağ Evlə oteli 700 metr məsafə ayırır. Mətbuatın yazdığına görə otelin açılışı qəsdən seçkilər ərəfəsinə salınıb, planda isə o çoxdan açılması nəzərdə tutulubmuş.../moderator.az/

MediaFax