Tramp Putinlə telefonla nədən danışdı?

Rusiya prezidenti Vladimir Putin və onun amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı məhsuldar və müsbət olub.
 
İki ölkə lideri terrorla mübarizə, Suriya münaqişəsi və Ukraynadakı vəziyyəti müzakirə ediblər.
 
Bu barədə Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.  
 
Prezidentlər həmçinin Yaxın Şərqdəki vəziyyəti, Ərəb-İsrail münaqişəsi, strateji sabitlik sahəsi və nüvə silahın yayılmaması, habelə İranın nüvə proqramı və Koreya yarımadası ətrafındakı məsələləri müzakirə ediblər./APA/   

MediaFax