ABŞ prezidenti Donald Tramp qızı İvanka Tramp və onun həyat yoldaşı Cared Kuşner, eləcə də nəvələri Arabella və Cozeflə birgə Florida ştatının Orlando şəhərində yerləşən yerli katolik məktəbi ziyarət ediblər.
Ziyarət əsnasında Tramp təhsil müəssisəsinin rəhbərliyi və şagirdlər ilə ünsiyyət qurub, həmçinin onlara siyasətdə karyera qurmaqdan çəkinmək lazım olduğunu bildirib. Daha sonra onlara öz tövsiyyələrini verib. İvanka Tram da öz növbəsində şagirdlərlə söhbət edib. O, şagirdlərdən birinin arzusunu yerinə yetirərək onun protez ayağında öz imzasını atıb./aznews.az/
MediaFax