Tofiq Bəhramovun doğum günüdür

Bu gün Azərbaycan futbolçusu və tanınmış futbol hakimi Tofiq Bəhramovun ad günüdür.

Tofiq Bəhramov "Neftçi" klubunun futbolçusu olub. Lakin ayağından aldığı zədə karyerasına erkən son qoyması ilə nəticələnib.

Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb.

O, Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa kubokunun final oyununu idarə edən birinci sovet hakimi olub.

1966-cı ildə Dünya çempionatı çərçivəsində keçirilən Almaniya- İngiltərə oyunu Tofiq Bəhramovun adını tarixə yazdırıb. Final oyununda Cefri Hertsin mübahisəli qolunu qeydə alan Bəhramovun bu qərarının doğruluğu videogörüntülər sayəsində məlum olub. Oyundan sonra hakim kraliça II Yelizavetanın şəxsən təqdim etdiyi "Qızıl ilahə" və "Qızıl fit" mükafatlarına layiq görülüb.

Tofiq Bəhramovun 85 illik yubileyi ərəfəsində İngiltərədə üzərində "Qara geyimdə olan əfsanəvi şəxsiyyəti unutmayacağıq" sözləri yazılan köynəklər satışa çıxarılıb.

London şəhərindəki futbol muzeyində Tofiq Bəhramovun bürünc heykəlciyi var.

15 il ərzində idarə etdiyi oyunların heç birində referi oyunçuya qırmızı vərəqə göstərməyib.

Tofiq Bəhramov dünyanın 52 ölkəsinə səfər etsə də, heç vaxt Almaniyada olmayıb.

İngilis yazıçısı Artur Hopkraft özünün ən məşhur "Futbol adamı" kitabını Tofiq Bəhramova həsr edib.

FİFA Dünya Kubokunun final oyununa düşmək üçün Bəhramova cəmi iki beynəlxalq oyunu idarə etmək kifayət edib.

1966-cı ildə dünya çempionatında İngiltərə və Almaniya komandaları arasında keçirilən final oyunu yan xətt hakimi kimi idarə edib. 110-cu dəqiqədə ingilislərin hücumçusu Ceff Herst topu almanların qapısına göndərir. Top dirəyə dəyib yerə düşür. Oyunun baş hakimi, isveçrəli Qottfrid Dinst topun uçuş trayektoriyasını görmədiyindən özünü itirir. Dinst özünün yan xətt köməkçisinə işarə edərək son sözü onun deyil, köməkçisi - sovet hakimi Bəhramovun deyəcəyini göstərir. İki referi arasındakı jestlər (onlar eyni dildə danışa bilmirdilər) bir neçə saniyə çəkdi. Bəhramov həmkarına təmiz qol olduğunu bildirmək üçün əminliklə mərkəzi işarə etdi. Bu ingilislərdə sevinc, almanlarda isə qəzəb doğurur. Oyundan sonra Tofiq Bəhramov kraliça II Elizabetin şəxsən təqdim etdiyi "Qızıl ilahə" və "Qızıl fit" mükafatlarına layiq görülüb.

Azərbaycanın əsas futbol arenası Tofiq Bəhramovun adını daşıyır. 2004-cü ildə isə dünyada hakimlər içərisində ilk dəfə məhz onun adına abidə ucaldılıb. Mərasimdə FİFA prezidenti Yozef Blatter, icraiyyə komitəsinin üzvü Mişel Platini, Ceff Herst və digər görkəmli futbolçular iştirak ediblər./aznews.az/

MediaFax