Tikinti sahəsində abidə aşkarlanarsa... - Yeni qayda

Azərbaycanda inşaat işləri aparılan yerlərdə abidə aşkarlandığı təqdirdə həmin ərazidə məcburi olaraq iki ay müddətinə tədqiqatlar aparılarılaraq, tədbirlər görüləcək.
 
Bununla bağlı Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun 13-cü maddəsinə əlavələr müzakirə olunub. Təklif edilən əlavəyə əsasən, inşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkarlarsa, işlər dərhal dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi elmi təşkilata məlumat verməli, həmin orqanlar və elmi təşkilat tərəfindən iki ay müddətində bu qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub./APA/

MediaFax