Ticarət mərkəzində qeyri-adi oğurluq

"Sədərək" Ticarət Mərkəzində qeyri-adi oğurluq olub.
 
Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, oktyabrın 14-nə keçən gecə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində qəsəbə sakini Seymur Şirinova məxsus mağazadan divarı sökməklə geyim əşyaları oğurlanıb.
 
Baş Mühafizə İdarəsi və Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Aqşin Tahirov tutulub.
 
Ondan kustar üsulla hazırlanmış bıçaq götürülüb./APA/

MediaFax