Terror yenə can aldı - Yenilənib

18:33 
 
Bağdadın cənubunda növbəti terror aktı törədilib.

"Reuters”in xəbərinə görə, bomba yüklü avtomobilin partladılması nəticəsində 8 nəfər həlak olub, 40 nəfər xəsarət alıb.

Terakta məsuliyyəti hələ ki, heç bir terror təşkilatı öz üzərinə götürməyib./qafqazinfo.az/
 
-------------
18:59
 
Bağdadın cənub səmtində minalanmış avtomobilin partladılması zamanı azı 32 nəfər həlak olub.
 
Partlayış avtomobil bazarının yaxınlığında baş verib.
 
Terror aktı zamanı yaralananların sayının çox olduğu bildirilir./modern.az/

MediaFax