Döyülən şəxs təqaüddə olan polis deyilmiş - Yenilənib

14:54 
 
Bakı sakininə qarşı quldurluq edilib.
 
Hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Həsənov İlham Əvəzoğlu evə gedərkən "Anar" şadlıq evinin arxa hissəsində naməlum şəxslər tərəfindən döyülüb. Onun üzərindəki mobil telefon və pul aparılıb.

Qeyd edək ki, İ.Həsənov Daxili İşlər Nazirliyində (DİN) çalışıb. O, ötən il təqaüdə çıxıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
 
-------------
17:25 
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalar nəticəsində bu ad və soyadlı adamın daxili işlər orqanlarında çalışmadığı və DİN-dən təqaüdə çıxmadığı məlum olub.

MediaFax