Tələbələr niyə təqaüdlərini ala bilmir? - Açıqlama

Azərbaycan Tibb Universitetinin tələbələri təqaüdlərini ala bilmir.

Bu barədə saytımıza adı çəkilən universitetin tələbələri məlumat veriblər. Məlumata görə, noyabr və dekabr aylarının təqaüdləri verilmir. Məsələ ilə bağlı Azərbaycan Tibb Universiteti ilə əlaqə saxladıq. Universtitetin mətbuat katibi Günel Aslanova bildirdi ki, büdcəyə pul ayrılmadığından hazırda bu problem yaşanır:

"Noyabr ayının təqaüdləri verilməyib. Çünki büdcəyə vəsait ayrılmayıb. Amma ehtimal edirik ki, ilin sonuna noyabr və dekabr ayı üçün təqaüdlərin verilməsi bərpa ediləcək"./qaynarinfo.az/

MediaFax