Tələbələr iki aydır təqaüd almırlar

İki aydır ki, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının tələbələrinin təqaüdü verilmir. 

Bu barədə saytımıza sözügedən akademiyanın tələbələri məlumat verib.

Tələbələrin sözlərinə görə, məsələ ilə bağlı rəhbərliyə müraciət olunsa da, heç bir müsbət cavab verilməyib. Əksinə, Bakı Musiqi Akademiyasından tələbələrə təqaüdlərini ilin sonunda ala biləcəklərini deyiblər. 

Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəylinin köməkçisi Aida xanım saytımıza bildirib ki, tələbələrin təqaüdünün vaxtında verilməməsinə səbəb hesabın açılmamasıdır: "Mən bu məsələ ilə bağlı mühasibatlıqla maraqlandım. Oradan mənə bildirdilər ki, noyabrın 5-dən sonra tələbələr sentyabr və oktyabr aylarının təqaüdlərini bir yerdə alacaqlar”./aznews.az/

MediaFax