Təhsildə 20% bahalaşma olacaq - İqtisadçıdan şok açıqlama

"2017-ci ildə təhsil xərclərində 20 faizə qədər bahalaşma planlaşdırılır”.

Bunu MediaFax.Az-a açıqlamasında iqtisadçı-alim Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, 2017-ci il dövlət büdcəsi haqqında Qanun layihəsi Maliyyə Nazirliyinin saytında yerləşdirilib: "Layihəyə görə, 2017-ci ilin dövlət büdcəsinin gəlirləri 15,9 milyard manat, xərcləri 16,6 mlrd. manat məbləğində təsdiq edilməsi proqnozlaşdırılır. Büdcə gəlirlərinin müqayisəli təhlili göstərir ki, növbəti il Azərbaycanda böyük özəlləşdirmə gözlənilmir. Çünki, dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar da bu illə müqayisədə gələn il yalnız 
1 milyon manat artım planlaşdırılıb. Növbəti il Azərbaycan Respublikasının Dövlət Neft Fondundan büdcəyə transfert 1 milyard 515 milyon manat az, 6 milyard 100 milyon manat olacaq ki, bu da bütövlükdə büdcə gəlirlərinin 38,1 faizini təşkil edəcək. Gəlirlərin 62 faizinin və ya təxminən 10 milyard manata qədər olan hissəsinin formalaşması sahibkarlar və istehlakçıların üzərinə düşəcək”.

Q.İbadoğlu əlavə edib ki, növbəti ildə əhəmiyyətli artımlardan biri də büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə müşahidə olunacaq: "Bu mənbəədn daxilolmalarfa 48 milyon manat artım proqnozlaşdırılır. Bu isə o deməkdir ki, gələn il təhsil xərcləri 20 faizə qədər bahalaşacaq”.

MediaFax